Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“ADA” Universiteti nəzdində fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin təşkilatçılığı ilə  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin bir qrup əməkdaşı Brüsselə səfər etmişdir. Səfər zamanı gənc diplomatlar Avropa Parlamentində görüşlər keçirmiş, Avropa İttifaqının xarici siyasətlə məşğul olan təsisatları ilə tanış olmuş, Avropa İttifaqı-Azərbaycan münasibətətləri mövzusunda bir sıra Avropa siaysətçiləri ilə fikir mübadiləsi aparmaq imkanı əldə etmişlər. Avropa ölkələrinin xarici siyasətində Brüsselin rolu, lobbi fəaliyyəti, media ilə münasibətlər də səfər gündəminin diqqətində olmuşdur. Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşları Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı səfir Fuad İsgəndərovla görüşdə Azərbaycanın milli maraqlarının Brüsseldə beynəlxalq gündəmə çıxarılması, ölkəmizin Avropa İttifaqı ilə gündəlik təmaslarının necə qurulması barədə öyrənmişlər. Onlar həmçinin Avropa Parlamentində Avropa İttifaqının Gürcüstanla viza rejiminin liberallaşdırılması ilə bağlı keçirilən debatları müşahidə etmişdir.

Səfər “ADA" Universitetinin İdarənin əməkdaşlarına verdiyi ixtisasartırma təliminin bir hissəsi idi. Ötən ildən başlayaraq Universitet Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşlarına siyasi, iqtisadi, mədəni, ictimai diplomatiya, kommunikasiya bacarıqları, diplomatik yazı və protokol qaydalarını əhatə edən silsilə təlimləri həyata keçirir.

 

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ