Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN

MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK

NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi  tərəfindən 19 aprel 2019-cu il tarixdə “Naxçıvan” Universitetində seminar-mühazirə təşkil olunmuşdur. Universitetin müəllimləri və İdarəetmə fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alan tələbələrinin iştirak etdiyi tədbirdə İdarənin Siyasi məsələlər şöbəsinin müdiri N.Cəfərovun Azərbaycan Respublikasının diplomatik xidmətinin formalaşması və 100 illik inkişaf tarixi mövzusunda məruzəsi dinlənilmişdir. N.Cəfərov müxtəlif dövrlərdə Azərbaycanda mövcud olmuş dövlətlərin zəngin diplomatiya ənənlərindən danışmış və 9 iyul 1919-cu ildən başlayan peşəkar diplomatiyamızın 100 illik inkişaf tarixi haqqında məlumat vermişdir. Bildirmişdir ki, bizim eradan əvvəl başlayaraq, tarixin bütün dövrlərində mövcud olmuş Azərbaycan dövlətlərinin hər birinin özünəməxsus xarici siyasəti və bu siyasətin həyata keçirilməsini təmin edən praqmatik diplomatiyası olmuşdur. Lakin, sistemli və peşəkar fəaliyyət növü kimi Azərbaycan diplomatik xidmətinin yaranması Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın imzalandığı 9 iyul 1919-cu il tarixdən qəbul edilir. Bu baxımdan cari ilin iyulunda qeyd ediləcək 100 illik yubiley Azərbaycan diplomatiyasının ümumi tarixini yox, məhz peşəkar fəaliyyət növü kimi Azərbaycan Respublikasının diplomatik xidmətinin və bu xidmətin təşkilinə cavabdeh olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin şərəfli tarixini özündə ehtiva edir.

          Ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən ümumi istiqamətləri müəyyənləşdirilən və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Azərbaycan Respublikasının xarici siyasətinin əsas konturlarına diqqəti cəlb edən Şöbə müdiri yeni xarici siyasət strategiyasının həyata keçirilməsi məqsədilə Xarici İşlər Nazirliyinin yenidən təşkili, onun strukturunun təkmilləşdirilməsi və peşəkar diplomatik kadrların hazırlanması üçün qarşıya qoyulan konkret vəzifə və tapşırıqlardan danışmışdır. Vurğulamışdır ki, Heydər Əliyevin müdrik siyasətinin nəticəsi olaraq hazırda Xarici İşlər Nazirliyində, eləcə də, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində dövlətimizin başçısının xarici siyasət sahəsində əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyə qadir olan, müasir diplomatiyanın incəliklərini dərk edən, regionlar və ölkələr üzrə ixtisaslaşan, çoxtərəfli diplomatiyanın mürəkkəbliyinə və beynəlxalq hüquq məsələlərinə yaxından bələd olan, hətta nadir dilləri bilən, dövlətinə və millətinə sadiq əməkdaşlar çalışır. Bu əməkdaşlar həmişə olduğu kimi, bundan sonra da Azərbaycan Respublikasının milli maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması və təmin olunması istiqamətində səy göstərəcək, Azərbaycanın müstəqil, çevik, praqmatik və çoxşaxəli xarici siyasətinin uğurla həyata keçirilməsi, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması naminə yorulmaz fəaliyyətlərini davam etdirəcəkdir.

          Həmçinin, seminar-müşavirədə Naxçıvanın erməni işğalından xilas edilməsi və muxtariyyət statusu əldə edərək Azərbaycanın tərkibində qalması milli diplomatiyamızın tarixi uğurlarından biri kimi qiymətləndirilmiş, bu gün Naxçıvan Muxtar Respublikasının sürətlə genişlənən xarici əlaqələrindən danışılmışdır.    

          Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

  

  

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ

 

 

Linklər

Xəritələr