Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

20 dekabr 2017-ci il tarixdə Türkiyə Respublikasının Baş naziri  Binali Yıldırım  Naxçıvan Muxtar Respublikasına rəsmi səfər etmişdir.

Naxçıvan Beynəlxalq Hava Limanında Baş naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılamışdır.

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etmiş və abidənin önünə əklil qoymuşdur.

20 Dekabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olmuşdur.

Ali Məclisin Sədri Vasif Talıbov Baş nazir Binəli Yıldırımı qarşılamış, muxtar respublikanın yaranma tarixi və müasir inkişafı barədə məlumat vermişdir. Naxçıvan Muxtar Respublikasının 1921-ci ildə imzalanmış beynəlxalq Qars müqaviləsinə əsasən yaradıldığını, Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olan Naxçıvan Muxtar Respublikasının öz Konstitusiyası, parlamenti, icra və məhkəmə hakimiyyətlərinin olduğunu, Azərbaycan türklərinin qədim torpağı Naxçıvanda 1200-dən çox türk-islam mədəniyyəti abidəsi olduğunu qeyd etmiş, beş­minillik şəhər mədəniyyətinə malik Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçildiyini diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, 25 ildən artıqdır blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi təmin olunmuş, alternativ enerji mənbələrindən istifadə imkanları və yerli istehsalın həcmi artırılmışdır. Muxtar respublikada müasir infra­struktur yaradılmışdır. Təhsil ocaqlarında elektron tədris vasitələrindən istifadə olunur. Bu gün Naxçıvanda 3 ali, 3 orta ixtisas, 215 ümumtəhsil məktəbi, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi fəaliyyət göstərir. Elm və təhsil müəssisələrimiz qardaş Türkiyənin müvafiq ­qurumları ilə sıx əməkdaşlığa malikdir.

Azərbaycan-Türkiyə əlaqələrinin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə qoyulduğunu deyən Ali ­Məclisin Sədri bildirmişdir ki, 1993-cü ildən isə bu münasibətlər bir millətin iki dövləti səviyyəsinə qalxmışdır. Qeyd edilmişdir ki, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn dostluq və qardaşlıq münasibətlərimiz hər iki ölkə prezidentlərinin iradəsinə uyğun olaraq inkişaf edir və bu əlaqələr dünyaya nümunədir. Azərbaycan və Türkiyə beynəlxalq aləmdə daim bir-birinə dəstək olmuş və eyni mövqedən çıxış etmişdir.

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının da mühüm yeri olduğunu bildirən Ali ­Məclisin Sədri diqqətə çatdırmışdır ki, təhsil, səhiyyə, mədəniyyət, ticarət, iqtisadiyyat və ordu quruculuğu sahələrində əlaqələrin inkişafı məmnunluq doğurur.

“Naxçıvanın xarici ticarət dövriyyəsində Türkiyə Respublikasının payı bu ilin 11 ayında ötən ilə nisbətən 2 milyon ABŞ dolları artaraq 7 milyon 685 min ABŞ dolları təşkil etmişdir. Qardaş ölkə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən, Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanının verilməsi də xarici ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir”, – deyən Ali Məclisin Sədri bu qərara görə qardaş Türkiyə hökumətinə hörmət və ehtiramını bildimişdir.

Azərbaycan və Türkiyə xalqlarının tarixən bir yerdə olduğunu vurğulayan Ali Məclisin Sədri Vasif Talıbov Türkiyə Baş nazirinin Naxçıvana səfərinin bu əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu diqqətə çatdırmışdır.

2009-cu ildən sonra yenidən qədim Naxçıvan torpağına səfərindən məmnunluğunu bildirən Türkiyənin Baş naziri Binəli Yıldırım ötən müddət ərzində Naxçıvanın böyük inkişafa nail olduğunu vurğulamışdır.

Prezident İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısındakı iştirakını və çıxışını xatırladan Baş nazir qeyd etmişdir ki, Azərbaycan Prezidentinin həm Qüds məsələsi, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri olduqca əhəmiyyətlidir.

Baş nazir ölkələrimiz arasında münasibətlərin son 15 ildə sürətlə inkişaf etdiyini, bu yaxınlarda istifadəyə verilən Bakı-­Tbilisi-Qars dəmir yolu xəttinin əlaqələrimizin daha da inkişafında xüsusi yer tutduğunu diqqətə çatdırmışdır. Türkiyə ilə Azərbaycan arasında, həmçinin iqtisadiyyat, təhsil, hərbi və digər sahələrdə də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilmişdir.

Söhbət zamanı İqdırın və Naxçıvanın hava limanları arasında əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr olunmuşdur.

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın 20 dekabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri başa çatmışdır.

Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin Baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yola salmışdır.

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ