Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

15 dekabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı salamlamış və ölkəmizdə qısa müddət olaraq diplomatik fəaliyyət göstərməsinə baxamayaraq, Naxçıvan Muxtar Respublikasına səfər etdiyinə görə Nikolaos Kanellosa təşəkkür etmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yunanıstan arasında təhsil və ticarət sahəsində əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin Sədri səfərin əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir.

Səfir Nikolaos Kanellos Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Naxçıvana səfər etdiyini, burada olmaqdan və göstərilən səmimi münasibətdən məmnunluğunu ifadə etmişdir. Səfir muxtar respublikanın inkişafının onda dərin təəssürat yaratdığını qeyd etmiş və əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulamışdır.

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ